İNNOVASIYALI IQTISADIYYAT ŞƏRAITINDƏ RISK-MENECMENTI TƏŞKILININ TƏKMILLƏŞDIRILMƏSI
Xülasə
Yeni iqtisadi münasibətlər şəraitində innovasiyalı iqtisadiyyat müəssisələr üçün həm yeni imkanlar, həm də yüksək səviyyədə qeyri-müəyyənlik və risklər yaradır. Sürətlə dəyişən texnologiyalar, artan rəqabət təzyiqləri, qlobal bazar meylləri və istehlakçı davranışlarının davamlı dəyişməsi müəssisələrin fəaliyyətinə əhəmiyyətli təsir göstərir. Belə şəraitdə risk-menecmentin effektiv təşkili strateji əhəmiyyət kəsb edir, çünki müəssisələrin dayanıqlı inkişafı və rəqabət üstünlüyü risklərin vaxtında müəyyən olunması və adekvat idarə edilməsindən asılıdır. Bu baxımdan, innovasiya yönümlü müəssisələrdə risk-menecment texnoloji, maliyyə, bazar və idarəetmə sahələrini əhatə etməlidir. Texnoloji risklər yeni məhsul və xidmətlərin tətbiqi zamanı meydana çıxan uğursuzluqları, maliyyə riskləri isə investisiya və resurs itkisini əhatə edir. Bazar riskləri satış göstəricilərinin planlaşdırılan səviyyədən aşağı olması və rəqabət təzyiqlərinin artması ilə bağlıdır. İdarəetmə riskləri isə qərar qəbuletmə prosesində gecikmələr və koordinasiyanın yetərsizliyi ilə bağlıdır. Beləliklə, Effektiv risk-menecment sistemi risklərin identifikasiyası, qiymətləndirilməsi, monitorinqi və qarşı tədbirlərin tətbiqini sistemli şəkildə həyata keçirməlidir. Müasir informasiya texnologiyaları, data-analitika və qabaqcıl proqnozlaşdırma metodları risklərin daha dəqiq qiymətləndirilməsini və operativ idarə edilməsini təmin edir. Bununla yanaşı, müəssisələrin daxili nəzarət mexanizmləri, kommunikasiya kanallarının səmərəliliyi və işçi heyətinin müvafiq təlim proqramları risk-menecmentin effektivliyini əhəmiyyətli dərəcədə artırır.