MENECMENT ACADEMY

İqtisadi-sosial tədqiqatlar jurnalı

JurnallarJurnal № Beynəlxalq elmi-praktiki konfransın materialları. 19.11.25AZƏRBAYCANDA DÖVLƏT TƏNZİMLƏMƏ SİYASƏTİNİN REGİONAL İSTİQAMƏTLƏRİ VƏ TƏŞKİLATİ MEXANİZMLƏRİ

Sadıqov Amin Ruslan oğlu

Bakı Biznes Universiteti, magistr

AZƏRBAYCANDA DÖVLƏT TƏNZİMLƏMƏ SİYASƏTİNİN REGİONAL İSTİQAMƏTLƏRİ VƏ TƏŞKİLATİ MEXANİZMLƏRİ

Səhifə 88

Xülasə


Müasir dövrdə Azərbaycanda milli iqtisadiyyatın formalaşması digər məsələlərlə yanaşı sahəvi tənzimləmə məsələlərinin aktullığını da ifadə etməkdədir. Məzmunca bu tənzimləmə özündə kifayət qədər geniş tərkibə malik istiqamətləri birləşdirməkdədir. Həmçinin, mövcud şəraitdə dövlətin sahəvi tənzimləmədə rolunun lazımi səviyyədə qiymətləndirilməsi də zəruri məsələlərdən hesab olunmaqdadır. İnzibati amirlik sisteminin uzunmüddətli bərqərar olması və müstəqillik “parametrləri” ilə uyğunsuzluq təşkil etməsi iqtisadiyyatın ümumi mənzərəsi ilə yanaşı ayrı-ayrı sahələr üzrə fəaliyyətin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinə baxışın yenilənməsini tələb edirdi. Bu fəaliyyət ilk növbədə öncəki sistemin formalaşmasında özünü əyani sürətdə biruzə verən iqtisadi elastikliyin zəifliyi (bəzi sahələrdə tamamilə olmaması), adaptasiya proseslərinə gec cavab verməsi, məhsuldarlıq səviyyəsinin aşağı olması kimi şərtlər əsasında öz zəruriliyini qorumaqda idi. İstənilən ölkənin iqtisadi sisteminin yenidən qurulması “keçid” adlandırılan və bəzi hallarda bir çox onillikləri əhatə edən dövr üzərində formalaşmalıdır.