MENECMENT ACADEMY

İqtisadi-sosial tədqiqatlar jurnalı

JurnallarJurnal № Beynəlxalq elmi-praktiki konfransın materialları. 19.11.25ŞİRKƏTİN YENİ İNKİŞAF STRATEGİYASININ SEÇİLMƏSİ

Mütəllimov Taleh Valeh oğlu

Bakı Biznes Universiteti Magistrant

ŞİRKƏTİN YENİ İNKİŞAF STRATEGİYASININ SEÇİLMƏSİ

Səhifə 82

Xülasə


Məqalədə şirkətin yeni inkişaf strategiyasının seçilməsinin nəzəri və praktiki əsasları araşdırılır. Strategiya anlayışının mahiyyəti açıqlanır, onun şirkətin məqsədlərinə çatmasında və rəqabət qabiliyyətinin artırılmasında rolu vurğulanır. Araşdırmada yeni inkişaf strategiyasının seçilməsinə təsir edən əsas amillər-bazar və müştəri tələbləri, rəqabət şəraiti, innovasiya imkanları, maliyyə resursları, texnologiyanın tətbiqi və insan resurslarının potensialı təhlil edilir. Həmçinin strategiyanın hazırlanmasının əsas mərhələləri və effektiv icrası üçün zəruri olan idarəetmə yanaşmaları sistemləşdirilir. Nəticə etibarilə, davamlı inkişafın təmin edilməsi üçün şirkətlərdə çevik, innovativ və strateji düşüncəyə əsaslanan idarəetmə modellərinin tətbiqinin vacibliyi əsaslandırılır.