MENECMENT ACADEMY

İqtisadi-sosial tədqiqatlar jurnalı

JurnallarJurnal № Beynəlxalq elmi-praktiki konfransın materialları. 19.11.25AI VƏ TEXNOLOGİYA FONUNDA İNSAN BACARIQLARININ ƏHƏMİYYƏTİ VƏ TRANSFORMASİYASI

Kazımova Nigar

Bakı Biznes Universiteti Müəllim

AI VƏ TEXNOLOGİYA FONUNDA İNSAN BACARIQLARININ ƏHƏMİYYƏTİ VƏ TRANSFORMASİYASI

Səhifə 70

Xülasə


Süni intellekt (AI), avtomatlaşdırma və rəqəmsallaşma prosesləri təşkilatlarda əməyin strukturunu köklü şəkildə dəyişmişdir. Texnologiyanın rutin tapşırıqları əvəz etməsi fonunda “insan bacarıqları” adlandırılan yumşaq kompetensiyalar əmək bazarında strateji üstünlüyə çevrilmişdir. Dünya İqtisadi Forumu, McKinsey və OECD tədqiqatları göstərir ki, gələcəyin iş modellərində ən çox tələb olunan bacarıqlar analitik düşüncə, problem həlli, kommunikasiya, emosional intellekt və yaradıcı adaptasiya kimi xüsusiyyətlərdir.[ 2] Texniki biliklər sürətlə köhnələrkən, insanın sosial və psixoloji qabiliyyətləri uzunmüddətli dəyər yaradır. Daniel Golemanın EQ konsepsiyasına görə, liderlik effektivliyinin 60%-dən çoxu emosional intellektlə bağlıdır ki, bu isə AI sistemlərinin məhdud olduğu sahə olaraq qalır.