MENECMENT ACADEMY

İqtisadi-sosial tədqiqatlar jurnalı

JurnallarJurnal № Beynəlxalq elmi-praktiki konfransın materialları. 19.11.25AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATININ İXRACININ ARTIRILMASINDA BƏLƏDİYYƏLƏRİN ROLU

Ağayev Toğrul Ağasəf oğlu

Bakı Biznes Universitetinin 2-ci kurs magistrantı

AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATININ İXRACININ ARTIRILMASINDA BƏLƏDİYYƏLƏRİN ROLU

Səhifə 67

Xülasə

Tədqiqatda Azərbaycanda bələdiyyələrin kənd təsərrüfatında ixrac potensialının artırılmasındakı rolu elmi əsaslarla araşdırılmışdır. Qeyri-neft sektorunun inkişafı baxı-mından aqrar məhsulların ixracının genişləndirilməsi ölkə iqtisadiyyatı üçün strateji əhə-miyyət daşıyır. Bu kontekstdə bələdiyyələrin yerli resursların idarə olunması, torpaq mü-nasibətlərinin tənzimlənməsi, fermer təsərrüfatlarının təşkili və istehsalın stimullaşdırıl-ması sahəsində mühüm institusional imkanlara malik olduğu müəyyən edilmişdir. Araş-dırma nəticələri göstərir ki, bələdiyyələrin aqrar istehsalın təşkili və dəstəklənməsi isti-qamətində daha səmərəli fəaliyyəti ixracın genişlənməsinə müsbət təsir göstərə bilər. Bununla yanaşı, maliyyə imkanlarının məhdudluğu, koordinasiya mexanizmlərinin yet-kin olmaması və institusional çatışmazlıqlar əsas maneələr kimi qiymətləndirilir. Ümu-milikdə, bələdiyyələrin rolunun gücləndirilməsi regionların sosial-iqtisadi inkişafına və ölkənin qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə vermək potensialına malikdir.