MENECMENT ACADEMY

İqtisadi-sosial tədqiqatlar jurnalı

JurnallarJurnal № Beynəlxalq elmi-praktiki konfransın materialları. 19.11.25UNİVERSİTETLƏRİN İNNOVASİYA MÜHƏRRİKİ KİMİ SUVEREN İQTİSADİ İNKİŞAFA TÖHFƏSİ

Hümbətova Fidan Babək qızı

Bakı Biznes Universiteti doktorant

UNİVERSİTETLƏRİN İNNOVASİYA MÜHƏRRİKİ KİMİ SUVEREN İQTİSADİ İNKİŞAFA TÖHFƏSİ

Səhifə 63

Xülasə


Bu tədqiqat universitetlərin innovasiya ekosistemində, texnologiya transferində və startap fəaliyyətinin inkişafında oynadığı strateji rolu araşdırır. Müasir dövrdə universitetlər yalnız tədris və tədqiqat mərkəzləri deyil, həm də biliklərin kommersiyalaşdırıldığı, yeni texnologiyaların yarandığı və iqtisadiyyatın inkişafına töhfə verən aparıcı institusional aktora çevrilmişdir. Universitet–sənaye–dövlət əməkdaşlığını izah edən “Triple Helix” modeli göstərir ki, innovasiya prosesinin səmərəliliyi bu üç aktorun qarşılıqlı əlaqəsindən asılıdır. Universitetlər bilik və tədqiqat yaradır, sənaye bu bilikləri məhsula və texnoloji innovasiyaya çevirir, dövlət isə hüquqi və institusional çərçivə yaradaraq innovasiya mühitini stimullaşdırır. Bununla yanaşı, startap ekosistemlərində universitetlərin rolu-inkubatorlar, texnoparklar, laboratoriyalar və spin-off şirkətləri vasitəsilə-yeni biznes subyektlərinin və texnologiyaların yaranmasını sürətləndirir. İnsan kapitalının inkişafı, rəqəmsal transformasiya, tədqiqat nəticələrinin kommersiyalaşdırılması və bilik transferi milli innovasiya sisteminin əsas dayaqlarını formalaşdırır. Tədqiqat göstərir ki, universitet–sənaye əlaqələrinin gücləndirilməsi iqtisadi rəqabətqabiliyyəti artırır və yüksək texnologiyalı iqtisadiyyatın formalaşmasını təmin edir.