İNNOVATİV İDARƏETMƏDƏ MARKETİNQ KONSEPSİYASININ TƏTBİQİ
Xülasə
Müasir biznes mühiti rəqəmsal transformasiya və artan qeyri-müəyyənlik səbəbindən təşkilatlardan çeviklik və daimi innovasiya tələb edir. Bu tədqiqat innovativ idarəetmə modelində marketinq konsepsiyasının rolunu araşdırır.
Problemin təqdimatı: Müasir biznes mühitində rəqabətin güclənməsi və istehlakçı tələblərinin sürətli dəyişməsi şəraitində ənənəvi idarəetmə metodlarının qeyri-kafi olması.
Məqsəd: Tədqiqatın innovativ idarəetmə modelində Marketinq Konsepsiyasının (müştəriyönümlülük, inteqrasiya olunmuş marketinq, gəlirlilik) əsas prinsiplərinin necə tətbiq olunduğunu və bu tətbiqin təşkilatın effektivliyinə təsirini araşdırmaq.
Metodologiya: Analitik yanaşma, mövcud ədəbiyyatın və uğurlu şirkətlərin keyslərinin öyrənilməsi.
Nəticə: Marketinq konsepsiyasının prinsipləri innovativ idarəetmənin əsasını təşkil edir və daimi yeniliklərin, müştəri məmnuniyyətinin və rəqabət üstünlüyünün açarıdır. Marketinq konsepsiyası təkcə bir funksiya deyil, təşkilatın rəqabət üstünlüyü və uzunmüddətli uğurunu təmin edən strateji innovasiya fəlsəfəsidir.