KƏND TƏSƏRRÜFATINDA İNNOVASIYALARIN TƏTBIQI
Xülasə
Bu məqalədə kənd təsərrüfatında innovasiyaların tətbiqinin mahiyyəti, əsas istiqamətləri və iqtisadi-sosial təsirləri araşdırılmışdır. Müasir dövrdə qlobal çağırışlar, o cümlədən əhali artımı, iqlim dəyişiklikləri və ərzaq təhlükəsizliyi problemləri kənd təsərrüfatı sektorunda innovativ yanaşmaların tətbiqini zəruri edir. Məqalədə rəqəmsal kənd təsərrüfatı texnologiyaları, biotexnologiyalar və ağıllı aqrar sistemlər kimi əsas innovasiya istiqamətləri təhlil edilmişdir. Eyni zamanda innovasiyaların məhsuldarlığın artırılmasına, resurslardan səmərəli istifadəyə, fermer gəlirlərinin yüksəldilməsinə və kənd yerlərinin davamlı inkişafına təsiri qiymətləndirilmişdir. Aparılan təhlillər göstərir ki, kənd təsərrüfatında innovasiyaların geniş tətbiqi sektorun rəqabət qabiliyyətinin artırılması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.