MENECMENT ACADEMY

İqtisadi-sosial tədqiqatlar jurnalı

JurnallarJurnal № Beynəlxalq elmi-praktiki konfransın materialları. 19.11.25KİÇİK VƏ ORTA BİZNESİN İNKİŞAFINDA İNNOVATİV İDARƏETMƏ

Qasımova Nuridə Əliş qızı

İ.f.d., Bakı Biznes Universiteti

KİÇİK VƏ ORTA BİZNESİN İNKİŞAFINDA İNNOVATİV İDARƏETMƏ

Səhifə 36

Xülasə


Bu tədqiqatda Kiçik və Orta Biznesin (KOB) Azərbaycanın iqtisadi inkişafındakı rolu və iqtisadi səmərəliliyi araşdırılmışdır. KOB-lar ölkədə sahibkar subyektlərinin təxminən 99.6-99.7 %-ni təşkil edir və 2023-cü ildə onların sayı 401 149-a çatmışdır. Bu subyektlərin məşğulluqda payı 44 %, əlavə dəyərdə payı isə 18 %-dir, bu isə onların iqtisadiyyata əhəmiyyətli töhfəsini göstərir.

İqtisadi səmərəlilik prinsipləri - allokativ, produksiya və dinamik səmərəlilik - KOB-ların çevik fəaliyyətində və resurslardan maksimum fayda əldə etməsində əks olunur. KOB-lar resursların səmərəli istifadəsini təmin edir, məşğulluğu artırır və iqtisadi diversifikasiyanı gücləndirir. OECD və yerli KOBİA statistikaları göstərir ki, Azərbaycan KOB-larının potensialı tam reallaşdırılmamışdır və dövlət dəstəyi, rəqəmsallaşma və innovativ idarəetmə strategiyaları ilə onların rolu daha da artırıla bilər.

Nəticədə, KOB-lar Azərbaycanın iqtisadi inkişafının əsas dayaqlarından biri olmaqla, resursların səmərəli istifadəsi və iqtisadi səmərəliliyin yüksəldilməsi baxımından strateji əhəmiyyət kəsb edir.