MENECMENT ACADEMY

İqtisadi-sosial tədqiqatlar jurnalı

JurnallarJurnal № Beynəlxalq elmi-praktiki konfransın materialları. 19.11.25 İNNOVATİV İDARƏETMƏNİN SUVEREN DÖVLƏTLƏR ÜÇÜN STRATEJİ ƏHƏMİYYƏTİ

Kərimov Ramal İrşad oğlu

i.ü.f.d., Bakı Biznes Universiteti

İNNOVATİV İDARƏETMƏNİN SUVEREN DÖVLƏTLƏR ÜÇÜN STRATEJİ ƏHƏMİYYƏTİ

Səhifə 27

Xülasə


İnnovativ idarəetmə strategiyası müasir dövrdə dövlətlərin iqtisadi inkişafında həlledici rol oynayan əsas amillərdən biridir. Qlobal rəqabətin güclənməsi, texnoloji yeniliklərin sürətli yayılması və rəqəmsal transformasiya proseslərinin dərinləşməsi suveren ölkələrin idarəetmə sistemlərində yeni yanaşmaların tətbiqini zəruri edir. Bu baxımdan innovativ idarəetmə təkcə texnologiyaların istifadəsi ilə məhdudlaşmır, həm də strateji qərarvermə, çevik iqtisadi model quruculuğu, insan kapitalının inkişafı və institusional mühitin modernləşdirilməsi kimi çoxşaxəli istiqamətləri əhatə edir. Azərbaycan Respublikasının iqtisadi inkişaf modeli də innovasiya yönümlü idarəetmə yanaşmalarına əsaslanır. Rəqəmsal hökumət platformalarının genişləndirilməsi, startap ekosisteminin gücləndirilməsi, sənaye və energetika sahələrində yüksək texnologiyaların tətbiqi, eləcə də Insan kapitalının modernləşdirilməsi ölkədə innovativ idarəetmənin strateji prioritetlərindən sayılır. Bu strategiyanın həyata keçirilməsi iqtisadiyyatın diversifikasiyasını sürətləndirir, yerli və xarici investisiyaların cəlb edilməsinə şərait yaradır, məcmu məhsuldarlığı artırır və ölkənin qlobal rəqabət qabiliyyətini yüksəldir.

İnnovativ idarəetmə eyni zamanda sosial-iqtisadi dayanıqlığın güclənməsinə, yeni iş yerlərinin formalaşmasına və rəqəmsal bacarıqların genişlənməsinə də mühüm təsir göstərir. Bununla belə, insan kapitalının keyfiyyətinin artırılması, tədqiqat və inkişaf xərclərinin genişləndirilməsi və innovasiya mədəniyyətinin gücləndirilməsi kimi çağırışlar hələ də aktuallığını qoruyur. Ümumilikdə, innovativ idarəetmə strategiyası suveren dövlətlərin davamlı inkişafının əsas təminatçısı kimi çıxış edir və Azərbaycan iqtisadiyyatının uzunmüddətli modernləşmə kursunda aparıcı rol oynayır.