MENECMENT ACADEMY

İqtisadi-sosial tədqiqatlar jurnalı

JurnallarJurnal № Beynəlxalq elmi-praktiki konfransın materialları. 19.11.25AZƏRBAYCAN İQTİSADİYYATINDA QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAF DİNAMİKASI

Səfərova Günel Mustafa qızı

İqtisad üzrə fəlsəfə doktoru Bakı Biznes Universiteti

AZƏRBAYCAN İQTİSADİYYATINDA QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAF DİNAMİKASI

Səhifə 24

Xülasə


Bu tədqiqatda Azərbaycanın iqtisadi inkişaf modelində qeyri-neft sektorunun rolu və artım dinamikası təhlil edilir. Uzun illər neft gəlirlərinə əsaslanan iqtisadiyyat qlobal enerji bazarında dəyişkənlik və resursların tükənməsi riski səbəbindən diversifikasiya zərurəti ilə üzləşmişdir. Dövlət proqramları, institusional islahatlar, sənaye zonaları, aqroparklar, KOB mexanizmləri və rəqəmsal transformasiya təşəbbüsləri qeyri-neft sektorunun struktur modernləşməsinə mühüm töhfə vermişdir. Araşdırmada qeyri-neft sənayesi, kənd təsərrüfatı, turizm, logistika və xidmət sektorlarının inkişaf istiqamətləri və iqtisadi nəticələri qiymətləndirilmişdir. Tədqiqatın nəticəsinə əsasən insan kapitalının gücləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqi, ixrac yönümlü istehsalın stimullaşdırılması və bölgəsəl infrastruktur layihələrinin genişləndirilməsi qeyri-neft sektorunun gələcək dayanıqlığını təmin edən prioritetlər kimi tövsiyə olunur.