İNSAN RESURSLARININ IDARƏEDILMƏSINDƏ RƏQƏMSAL TRANSFORMASIYANIN INKIŞAF ISTIQAMƏTLƏRI
Xülasə
Müasir dövrümüzdə rəqəmsal transformasiya və onun texnoloji üstünlükləri digər sahələrlə yanaşı müəssisələrdə insan resurslarının idarə edilməsində də ciddi imkanlar yaratmaqdadır. Bu baxımdan da, rəqəmsal transformasiyanın müəssisə və təşkilatlarda tətbiq edilməsi, eləcədə həmin müəssisə və təşkilatların aparıcı resursu olan insan resurslarının idarəedilməsində operativliyi, obyektivliyi və innovativliyi yüksək səviyyədə təşkil etməkdədir. Aparılan tədqiqatın əsas obyekti kimi insan resurslarının idarəedilməsində rəqəmsal transformasiyanın inkişaf istiqamətləri təhlil olunur və onun əhəmiyyəti vurğulanır.