AZƏRBAYCAN IQTISADIYYATINDA INNOVATIV IDARƏETMƏNIN TƏTBIQI MƏSƏLƏLƏRI
Xülasə
İnnovativ idarəetmə müasir idarəçilik metod və texnologiyalarını tətbiq etməklə yeni idarəçilik standartları əsasında həyata keçirilir. İnnovativ idarəetmə yalnız maliyyə təsərrüfat fəaliyyətinə yeniliyin gətirilməsi ilə deyil, habelə idarəetmə fəaliyyəti və proseslərində yeniliyin tətbiqi ilə əlaqədardır. Məqalədə innovativ idarəetmədə müasir metodların tətbiqi məsələlərinə toxunulmuşdur. Məqalədə belə qənaətə gəlmişik ki, müasir idarəçilik mütodları idarəetmənin məsafədən, hibrid, motivasiyaya və nəticələrə əsaslanan formalarının tətbiqini nəzərdə tutur. Çünki, müasir idarəetmə texnologiyaları idarəetmənin səmərəliliyini artırır, tətbiqi ilə əlaqədar fəaliyyət yükünü azaldır. Bu baxımdan rəhbərlər müasir idarəçilik texnologiyalarından istifadəyə önəm verirlər.